Bloq
2624
11/11/2020
PVC pəncərələrin tərləmə səbəbləri
Pəncərə və qapıdan daxil olan soyuq hava içəridəki isti hava ilə birləşincə şüşədə tərləmə başlayır. Adətən bu hallar qışda səhər saat 08:00-dan 11:00-dək müşahidə olunur. Damcılar birləşərək pəncərənin altında su yığını əmələ gətirir. Bu isə müəyyən diskomforta səbəb ola bilər. İndi biz bu fenomenin bəzi yaranma səbəblərini araşdıracağıq:
- Bir kameralı şüşə paketli plastik pəncərələrdə kondensasiya riski daha yüksəkdir. Pəncərə seçimində ucuz variant axtarmağı tövsiyə etmirik. Keyfiyyətli pəncərə sizin evinizə uzun illər boyu xidmət edib komfortlu həyat vəd edə bilər.
- Şüşə paketi qış rejiminə keçirilməyibsə, içəri soyuq hava kütləsi daxil olacaq. Bununla bağlı ətraflı şəkildə “PVC pəncərələrdə yay və qış tənzimlənməsi” adlı bloqumuzda aydın şəkildə izah verilib.
- İsti hava dövranının pozulması. Çoxlarının evində istilik sistemi düz pəncərənin altında yerləşir. Çalışın ki, pəncərənin alt hissəsi ilə istilik sisteminin arasında məsafə çox olsun.
- Ev bitkiləri ölçülərindən asılı olmayaraq havaya bol miqdarda nəm salır. Odur ki, mümkündürsə, bitkiləri otağın digər hissəsinə yerləşdirin.
- Evdə havanın tez-tez dəyişməsi də böyük rol oynaya bilər. Qapalı şəraitdə hava orqanizmə mənfi təsir göstərərək baş ağrılarına və evdə kifin yaranmasına səbəb olur. Buna yol verməmək üçün gündə ən azı 2 dəfə pəncərələri açaraq evi havalandırmanız tövsiyə olunur.
Evinizdə sağlam iqlim yaratmağın tam zamanıdır!