navs close

Bloq

1836 18/01/2022 Açılma istiqamətinə görə pəncərələr

Açılma istiqamətinə görə pəncərələr

Pəncərələrin düzgün seçilməsi sizin və yaxınlarınızın rahatlığı üçün sərmayədir. PVC pəncərələr ölçü və formalarına, qanadlarının sayına və açılma istiqamətinə görə fərqlənirlər. Pəncərələrin təsnif edilə biləcəyi ən əsas xüsusiyyət onların açılma istiqamətidir. Çünki, pəncərə qanadları bir növ pəncərənin ölçü vahididir.

Pəncərələr müvafiq olaraq, müxtəlif formalarda açıla bilər. Bu seçim evin parametrlərindən, pəncərə ölçüsündən və şəxsi istəkdən asılı ola bilər. Açılma istiqamətlərinə görə pəncərə sistemləri aşağıdakı formalarda olur:

Tək açılan pəncərə sistemləri – bir istiqamətdə açılan sistemlərdir. Məntəşələrin ətrafında bir dairədə dönərək qanadın açılması ilə həyata keçirilir. PVC pəncərələr üçün ən asan tətbiq üsulu hesab edilir. Bu sistemlər funksionallıq baxımından əlverişsiz hesab edilir.

Çift açılan pəncərə sistemləri – ən uyğun açılış sistemləri hesab edilir. Normal açılım ilə yanaşı, yuxarı istiqamətə də açıla bilir. Buna vasistas sistem də deyilir. Bu sistem istəyə görə hazırlanır. Hətta tək açılan pəncərələrə sonradan da əlavə edilə bilər. Xüsusuilə, qış aylarında havalandırma üçün əlverişli sistem hesab edilir. İstənilən genişlik və hündürlükdə istifadə edilə bilər. İzolyasiya dəyərləri yüksəkdir.

Pivot pəncərə sistemləri – bu sistemlər yaşayış evlərində, salonlarda, dəhlizlərdə, çardaqlarda istifadə oluna bilər. Mərkəzində yerləşdirilən məntəşələr və 360˚ hərəkət edən qanad sistemi və havalandırmasına görə praktik,unikal istifadə imkanı verir. Kvadrat, düzbucaq, dairəvi formaları ilə daxili məkanlarınıza xüsusi genişlik bəxş edəcək. Yığcam quruluşu və səs, istilik izolyasiya xüsusiyyətləri baxımından funksional olub rahat idarə edilə bilir.

Qatlanan pəncərə sistemləri – bu sistemlər 6 metrə qədər pəncərə açılışlarında rahatlıqla istifadə edilə bilər. Qanad genişlikləri  isə 90 sm-ə qədər edilə bilməkdədir. Qanadlarda tək və ya çift açılan sistemlərə üstünlük verilə bilər. Bu sistem üçün olan məntəşələr mükəmməl səs və istilik izolyasiyası təmin edir. 20, 24 sm ikiqat şüşəli və 32 sm üçqat şüşəli sistemlərdə rahat istifadə imkanı yaradır. Xüsusi hazırlanmış reyslər sayəsində qanadlar rahat açılıb-bağlana bilir. İstifadəsi asan və praktik olan bu sistem evinizin interyerinə də estetik gözəllik bəxş edəcək.

Sürmə pəncərə sistemləri- bu sistemlər məntəşəsiz olub, açılış qanadının üfüqi istiqamətdə sürüşdürülməsi ilə hərəkət etdirilir. Məkanlara genişlik qatmaqla yanaşı, yüksək səs və istilik izolyasiyası təmin edir. Teras, eyvanlar üçün istifadəsi daha uyğun hesab edilən bu pəncərələrin əsas üstünlüyü yaşayış sahələrinə qənaətdir.

bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox