navs close

Bloq

1987 11/12/2020 Pəncərə aksesuarları

Pəncərə aksesuarları

PVC pəncərələr bu gün bütün növ binaların məcazi atributuna çevrilib. Yaşayış, ticarət, ictimai, ofis.  PLastik çərçivə və şüşədən ibarət pəncərə sistemləri olduqca rahatdır. Lakin mütəxəsssilər bu rahatlığı keyfiyyətli və uzunömürlü aksessuarlarla tamamlamağı məsləhət görürlər. Hər aksessuarın öz əməliyyat funksiyası var. Aksesuarlar pəncərənin əsas komponenti olub, xüsusi əhəmiyyət kəsb edir. Pəncərənin dayanıqlılığı, uzunömürlülüyü, funksionallığı bilavasitə bu qurğulardan asılıdır.

Gəlin evimizin olmazsa-olmaz parçası pəncərəmizin aksesuarlarını bərabər öyrənək:

  • Dənizlik – daxildən və xarixdən  pəncərənin alt hissəsində yerləşir. Pəncərəni yağışdan, qardan qoruyur və zədələnməsinin qarşısını alır. Həmçinin estetik rol oynayır, onu bəzəyir.
  • Məntəşə - biri sabit, digəri hərəkətli 2 hissədən ibarət metal parçadır. Pəncərənin açılıb-bağlanmasında istifadə olunur.
  • Pəncərə qolu – pəncərənin ən çox istifadə edilən, vizual və estetik baxımdan cəlbedici aksesuarlarından biridir. Plastik və alüminium olmaqla, fərqli rəng seçimləri mövcuddur.
  • Şüşə paket – 2 və daha çox şüşə təbəqənin bir quruluşda sıx bağlanmasıdır. İstilik və səs izolyasiyasını təmin edir.
  • Rezin – içi boş plastik element olub qanadın içərisinə quraşdırılır. Pəncərəni kir və tozdan qoruyaraq çirklənməsinin qarşısını alır.
  • Su təxliyəsi – pəncərə qanadının altına quraşdırılmış plastik örtüyə deyilir. Suyu effektiv şəkildə boşaltmaq üçün hazırlanmışdır. Şüşədən axan nəm dərhal təxliyəyə daxil olur. Quraşdırılmazsa pəncərədən axan su otağa axacaq yaxud nəm şəklində divarda toplanacaq.
  • Cam içi şəbəkə – müxtəlif rənglərdə (qızılı, qəhvəyi) boyanmış müxtəlif qalınlıqlardakı alüminium profillər olan xüsusi aksessuarlardır. Xətlər həm şüşə bölmələrin içərisində, həm də xaricdə quraşdırılır və pəncərəyə mürəkkəb görünüş verir.
  • Laminasiya – standart pəncərəyə daha cəlbedici görünüş vermək üçün profili əhatə edən rəngli üzləmədir.
  • Kilid açar– uşaqların pəncərələri açmalarına mane olan qoruyucu aksesuardır. Eyni zamanda soyğunçulardan qorunma üçün kifayət qədər təsirli üsuldur.
  • Qayçı –  tək açılan sistemlərdə havalandırmanın gərəkli olduğu yerlərdə istifadə olunur.
  • Tor – isti mövsümdə həşəratların yaşayış sahəsinə daxil olmasının qarşısını alır. Məcburi bir aksessuar deyil, lakin müasir pəncərələr onsuz təsəvvür edilə bilməz.

Bəs aksessuar seçərkən nələrə diqqət etməliyik?

  • Aksessuarın istehsalı zamanı istifadə olunan materialların keyfiyyəti
  • Ətraf mühitə uyğunluq
  • Davamlılıq və etibarlılıq (uzunmüddətli xidmət zəmanəti)
  • Sertifikatın mövcudluğu ( bu sanitariya tələbləri və standartları nəzərə alınaraq hazırlandığına zəmanətdir.)
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox