navs close

Bloq

2542 02/11/2020 Pəncərələrdə yay və qış tənzimlənməsi

Yay və qış tənzimlənməsi

Bir çoxumuz pvc pəncərələrin  yay və qış rejiminə keçirilə bilməsindən xəbərsizik. Lakin belə bir tənzimlənmə vardır və bunu  özümüz asanlıqla edə bilərik. Beləliklə, evimiz yayda daha sərin, qışda isə isti olacaq. Həmçinin, qənaət etmiş olacaqsınız.

Bəs pəncərəmizin hansı rejimdə olduğunu necə bilə bilərik?

Ümumiyyətlə, pəncərələr 4 fəsil rejimi ilə quraşdırılır. Hansı rejimdə olduğunu müəyyən etmək üçün pəncərənin TPI rezin ilə birləşdiyi yerə kağız parçası salın və çəkin.  Əgər kağızı çıxardığınız zaman çətinlik çəkmirsinizsə, pəncərəniz yay rejimindədir.  Əksinə, kağızı çıxarmaqda çətinlik çəkirsinizsə, yaxud çəkərkən cırılarsa pəncərəniz qış rejimindədir. Hansı rejimdə olduğunu anlamaq bu qədər sadə prosesdir.

Bəs  4 fəsil rejimini necə tənzimləyə bilərik?

Pəncərənizin kilid mexanizmini tapın. Bu mexanizm yuvarlaq və oval pin şəklindədir. Bura allen açarı və ya tornavida daxil edərək döndərin. Ovalda olan kiçik xətt pəncərənin iç tərəfində olarsa qış, çöl tərəfində olarsa yay, alt və üst tərəfində olarsa yaz və payız rejimini göstərir. Bu metodu tətbiq edərək pəncərənizin rejimini yoxlaya və fəsilə uyğun dəyişə bilərsiz.

Lakin pəncərənizin ilk günki vəziyyətini qoruması üçün hərəkət hissələrini mühərrik yağı və ya sprey WD 40 ilə yağlaya  bilərsiz. İldə ən azı 1 dəfə yağlasanız pəncərələrinizdə problem olmayacaq.

bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox