navs close

Bloq

2805 20/10/2020 Pəncərə laminasiyası

Pəncərəni rəngləndir

İnteryerdə ən vacib element kimi qarşımıza rəng seçimi çıxır. Rənglər doğru seçilərək insanların özlərini yaxşı hiss etməsini təmin edə bilər. Bu düşüncə zaman içərisində hər bir materiala rəngin verilməsinə səbəb olmuşdur. Bunlardan biri də pəncərələrdir.

İlk yarananda sadəcə ağ rəng olan pvc pəncərələr texnologiyanın inkişafı ilə rəngli görüntü qazanmışdır. Bununla da hər kəs öz tərzini əks etdirən, interyer və eksteryerinə uyğun rəngi seçmək şansı əldə etmişdir.

Pəncərələr üçün ən yaxşı pvc üzləmə folyosu alman brendi olan Renolit EXOFOL-dur. Renolit pəncərə profilləri üçün 10 il zəmanətli dekorativ üzləmədir. 80-dən çox rəngi olub 3 növdən ibarətdir:

  • Klassik

  • Premier

  • Metallik

Klassik  növə tekstura tipli üzləmələr daxildir. Qoruyucu özəlliklərə sahibdir. Ana təbəqəsi günəş şüalarını əks etdirən və profilin isinməsini əngəlləyən piqmentlərlə zəngindir.

Premier növünə təbii tekstura, mat və cilalı üzləmələr daxildir. Modern, diqqətçəkici görüntüyə və yüksək qoruyucu özəlliklərə sahibdir. Bu növ MX, PX və FX rənglərlə təmsil edilir.

MX rənglər daxili və xarici məkan üzləmələri üçün nəzərdə tutulan rəng piqmentli və ikiqatlı üzləmədir.

PX rənglər üçqatlı olub, üzləmələrdə dayanıqlılığı artırmaq üçün istifadə edilir. 26 parlaq rəngdən ibarətdir.

FX rənglər çoxqatlı olub yüksək kir tutmama xüsusiyyətinə malikdir.

 

Pəncərələriniz üçün sizə bir neçə rəng seçimi tövsiyə bilərik:

“Anteak” interyerinizə ciddilik qatacaq.

“Cremeweiss 1379” yüngül və harmonik mühiti əks etdirəcək.

“Nussbaum” isə bank və ofislər üçün ideal seçimdir.

Pəncərələrdə xüsusilə, təklif edilən rənglər yaşıl və mavidir. İstirahət otaqlarında bu rənglərdən istifadə insanı ruhən rahatladır.

Mətbəxdə qırmızı rəngə üstünlük verə bilərsiniz. Qırmızı insanların dadalma duyğusunu artırır. Beləliklə, yediyiniz yeməklər daha dadlı gəlməyə başlayacaq.

Yataq otağı üçün ən uyğun seçim isə tünd rənglərdir. 

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox