navs close

Bloq

1639 15/10/2021 İstiqamət niyə PVC pəncərəyədir?

İstiqamət niyə PVC pəncərəyədir?

Evimizi tamamlayan vacib detallar var. Bunlardan ən vacibi evimizdə olmazsa-olmaz pəncərələrdir. Pəncərəsiz bir ev düşünə bilmərik elə deyilmi? Bizi səs-küydən, küləkli hava şəraitindən qoruyan, evimizi havalandıran ən önəmli aksesuardır.

Həmçinin, evimizin interyer və eksteryerini tamamlayır. Ağ rəngdən əlavə fərqli rəngli laminasiyaları, dekorativ karolaj sistemləri, evimizə uyğun ölçüləri, fərqli açılım sistemləri ilə evimizdə yaratdığımız tərzimizlə uyğunlaşır.

Pəncərə taxta, PVC, alüminium olmaqla 3 materialdan hazırlanır. Taxta material davamlı baxıma ehtiyacı olması, tez sıradan çıxması və izolyasiyası zəif olduğundan tərcih edilmir. Alüminium isə baha olduğundan avantajlı deyil. PVC pəncərələr isə yüksək göstəriciləri ilə ən çox tərcih edilən materialdır.

Bu bloqumuzda evimizə dəyər qatan, onu gözəlləşdirən PVC pəncərə sistemlərinin önəmindən bəhs edəcəyik.

PVC pəncərə müasir memarlıq üslubuna uyğunlaşır. İstənilən formada, dizaynda hazırlana bilir. 30-a yaxın rəngli laminasiya çeşidləri ilə üzlənə bilir. Təmizliyi də çox rahat olub, istifadəçisinə çətinlik yaratmır. 

PVC pəncərələr tək və çift açılımlı şəkildə dizayn oluna bilir. Hətta 3 və 4-cü havalandırma qanadı da hazırlana bilir. Qanad açılımı vasistas sistemi ilə çift hala gətirilə bilir. Vasistas çift açılımın avantajı odur ki, ehtiyac olduğunda V şəklində yarım da açmaq olar. Bu xüsusilə, soyuq aylarda evinizin havalandırması üçün çox vacibdir.

PVC pəncərə sistemləri izolyasiya xüsusiyyətləri ilə ev və iş yerlərində komfortlu şərait bəxş edir. İsti, səssiz, sakit bir mühit hazırlayır. İkili, üçlü şüşə paketləri ilə qışda soyuqda qorumaqla qalmayaraq, yayda da isti havanın içəri daxil olmasını əngəlləyir. Hava keçirməyən sistemi ilə, həmçinin qum və tozun da içəri girişinə əngəl olur, evinizi və əşyalarınızı tozlanmadan qoruyur. Xüsusilə, Bakı kimi küləkli şəhərlərdə PVC pəncərələrdən istifadə mütləqdir.

Evinizdə PVC pəncərələrdən istifadə niyə vacibdir?

  • Pəncərələrinizin gözəl görünüşünü təmin edir, dəyərini artırır. 
  • Uzun illər istifadə oluna bilir və ilk günki canlılığı qoruyur.
  • Zövqünüzə, evinizin interyer və eksteryerinə uyğun rəngli laminasiya çeşidləri mövcuddur.
  • Yüksək səs, istilik izolyasiyalarına malik olub, evinizi səs və soyuqdan qoruyur.
  • Baxımı çox rahatdır. Nəmli parça ilə rahatca təmizlənir. Bu da gündəlik həyatda çox  yorulan ev xanımlarının işini rahatlaşdırır.
  • Taxta və alüminium pəncərərə nəzərən, qiyməti münasibdir.
  • PVC pəncərə yanğına davamlı olub, tez alışmır.
  • PVC material yenidən istifadə edilə bilir və ətraf mühit üçün zərərsizdir. 
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox