navs close

Bloq

1911 01/12/2020 İdeal pəncərə

İdeal pəncərə

Pəncərə evimiz üçün ən önəmli aksessuardır. Vizual görüntüsü (modeli, rəngi) qədər daxili keyfiyyətləri də vacibdir. Bu blogumuzda doğru pəncərə seçərkən nələrə diqqət etməli olduğunuzla bağlı bir neçə ipucu paylaşacıq. Bu ipucularla pəncərəniz sayəsində enerjiyə qənaət etmiş olacaq, həm də xaricdən gələn səs-küydən qorunmuş olacaqsınız.

  • PVC pəncərələr büdcə və rahatlıq dostudur. Fərqli istifadələrdə qarşımıza çıxan PVC material uzunömürlülüyü və davamlılığı ilə fərqlənir. Pəncərə və qapılarda da istifadə olunan PVC enerji səmərəliliyini təmin edir. Alüminium və taxta pəncərələr ilə müqayisədə ən effektiv pəncərə növü kimi seçilir.
  • Şüşə seçimi olduqca vacibdir. İstilik və səs baxımından PVC pəncərə performansının

 70% -i istifadə olunan şüşəsindən asılı olduğundan , yalnız çərçivə materialı deyil, şüşələrdə böyük əhəmiyyət kəsb edir. Buna görə də pəncərə seçərkən şüşəsinə nəzər yetirmək mütləqdir.

Şüşə seçərkən nəzərə alınacaq meyarlar:

  • Üçlü şüşə sistemləri səmərəlilik baxımından daha əlverişlidir.  3 ədəd şüşə arasındakı 2 fərqli boşluq sayəsində  daha yüksək izolyasiya dəyəri əldə edilir.
  • Şüşə arasında boşluqlar 12 və 16 mm  arasında dəyişir. Bilməlisiniz ki, boşluq məsafə nə qədər böyükdürsə, şüşənin izolyasiya dəyəri o qədər yüksəkdir. Həmçinin boşluqlarda dolğu kimi istifadə olunan hava və ya arqon qazı da səmərəliliyə təsir edir. Arqon qazından istifadə ilə daha yüksək izolyasiya əldə edilə bilər.
  • İstilik və günəşlə idarə olunan pəncərələr qışda soyuq havanın 50 % -nin qarşısını alarkən, yayda günəş istiliyinin 40 %-nin daxili mühitə daxil olmasının qarşısını alaraq istiliyin önünə keçir.

Fərqli pəncərə modelləri:

  • Pəncərə növünü seçmədən əvvəl hansı sahə üçün olduğuna diqqət yetirin. Bu sahənin özəllikləri də çox vacibdir.  Məsələn: Hündür tavanlı geniş otaqlar üçün yerdən yüksək pəncərələr,  daha kiçik otaqlar üçün isə gün işığından yararlana biləcəyiniz, yerə daha yaxın pəncərələr tərcih edə bilərsiniz. 
  • Klassik olan tək qanadlı pəncərələri kiçik və tək pəncərəsi olan otaqlarda rahatlıqla istifadə etmək olar.
  • Böyük otaqları olan və daha çox havalandırılmasını istəyənlər üçün çift açılan pəncərələr doğru seçimdir.
  • Balkonlu və gün işığının daha çox düşməsini istədiyiniz otaqlarda tərcih edə biləcəyiniz sürmə qapılar görünüşü ilə göz oxşayacaq.
  • Pəncərə üçün ayrılmış ərazi şaquli olaraq geniş, üfüqi olaraq darsa, karolaj  pəncərələrin seçilməsi evinizə nostalji hava qatacaq.
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox